Nazirlik ağacəkmə kampaniyasını davam etdirir

Nazirlik ağacəkmə kampaniyasını davam etdirir
  20 Noyabr 2018    Oxunub:1277
“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonunun 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, uşaq bağçasında keçirilən aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlif cinsli ağac tingi əkiblər.

Ağacəkmə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ETSN-in əməkdaşları, KİV nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin tinglik sahəsində yetişdirilib.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti