Növbəti 6 ildə 31 DOST mərkəzi yaradılacaq - Nazir

Növbəti 6 ildə 31 DOST mərkəzi yaradılacaq -  Nazir
  20 Noyabr 2018    Oxunub:2328
"DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır.

O, bildirib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Belə ki, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub:

"Orada DOST Agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin təşkili üçün müvafiq hüquqi çərçivə, qanunvericilik layihələri, təşkilati strukturu, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması yönündə aparılan işlər və onların nəticələri barədə məlumat verilib".

Nazir əlavə edib ki, 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulub.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   DOST  





Xəbər lenti