Gələn aydan pensiyaya çıxanlara SMS-lə məlumat veriləcək
"Bu böyük təşəbbüsdür. Prezident İlham Əliyevin vətəndaşlara xidmət üçün atdığı bir addımdır. Bu sistem 15 dekabrdan test rejimində başlayacaq. Pensiya yaşına çatmış hər bir vətəndaş ad günündə sms vasitəsilə məlumatlandırılacaq".
Nazir qeyd edib ki, 2019-2020-ci ildən pensiya çıxan şəxslərlə bağlı 2006-ci ildən əvvəlki dövr üzrə hər kəsə 25 il staj təqdim olunmasına dair qərar verilib. Onların pensiyası 35 faiz artacaq: "38 min vətəndaşın pensiyası 48 faiz artacaq. Azərbaycan vətəndaşının mənasız süründürməçiliyinin qarşısı alınacaq. Bu, böyük bir sosial addımdır. Layihənin xərcini Azərbaycan dövləti öz üzərinə götürəcək".
Aytən Zəhra
Azvision.az