Məcburi köçkünlər üçün əlavə 200 milyon ayrılacaq

Məcburi köçkünlər üçün əlavə 200 milyon ayrılacaq
  27 Noyabr 2018    Oxunub:2598
Gələn il qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, mənzillə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Fondundan əlavə 200 milyon manat ayrılacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O, bildirib ki, ümumilikdə, gələn ilin dövlət büdcəsinin əlavə xərclər üzrə məcmu maliyyə tutumu 610 milyon manat artırılır. Nazir qeyd edib ki, bunun əsas hissəsi sosial təyinatlı layihələrin maliyyələşməsinə yönəldiləcək.

“Regionlarda məşğulluq üçün əlavə 80 milyon manat, 2019-2020-cu illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərcləri üçün əlavə 11 milyon manat ayrılacaq. Bundan başqa, Gənclər Fondu üçün əlavə 2,7 milyon manat ayrılacaq ki, bu da cari illə müqayisədə 4,4 dəfə çoxdur. AMEA üçün ayırmalara 800 min manat artırılacaq. Yeni doğulan eşitmə və ürək qüsurlu uşaqlarla bağlı səhiyyəyə əlavə 4 milyon manat ayrılması nəzərdə tutulub. Həmçinin yeni yaradılan təşkilatların maliyyə təminatı üçün 5,5 milyon manat ayrılacaq”, - deyə nazir çıxışında vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Samir-Şərifov  





Xəbər lenti