Məktəbliləri aparan avtobus qəzaya düşdü - Yaralılar var
Azvision.az xəbər verir ki, 217 nömrəli tam orta məktəbin şagirdlərinin olduğu avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.
Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a bildirilib ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.
Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumat veriləcək.
Aytən Zəhra
Azvision.az