Qrant verə bilən qurumların siyahısı dəyişdi - Fərman

Qrant verə bilən qurumların siyahısı dəyişdi -  Fərman
  11 Dekabr 2018    Oxunub:2210
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, ölkə başçısının imzaladığı fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına əlavə edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Fərman   Qrant  





Xəbər lenti