Ötən ay OPEC neft hasilatını azaldıb

Ötən ay OPEC neft hasilatını azaldıb
  12 Dekabr 2018    Oxunub:8493
Cari ilin noyabr ayında OPEC üzrə neft hasilatı azalaraq sutkada 32 milyon 970 min barrel olub.
Azvision.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub. Bildirilib ki, ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt artırıb.

Neft istehsalı isə ən çox İran, Venesuela və Nigeriyada azalıb. İranın gündəlik neft istehsalı 380 min barrel azalaraq 2 milyon 954 min barrelə düşüb.

Azvision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti