Çili Azərbaycana müvəqqəti işlər vəkili təyin edib

Çili Azərbaycana müvəqqəti işlər vəkili təyin edib
  17 Dekabr 2018    Oxunub:1727
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən xəbərə görə, P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Çili  





Xəbər lenti