Spiker jurnalistlərə səsləndi: “Deyilən sözləri olduğu kimi verin!”

  18 Dekabr 2018    Oxunub : 868
 Spiker jurnalistlərə səsləndi: “Deyilən sözləri olduğu kimi verin!”
“Milli Məclisin iclaslarında deputatların çıxışı təhrif edilir, konteksdən çıxarılır”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

Parlament sədri bildirib ki, jurnalistlər diqqətli olmalıdırlar: “Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Konteksdən cümlə çıxarmaq lazım deyil”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Oqtay-Əsədov