Qafqaz Müsəlmanları İdarəsinə pul ayrıldı - Sərəncam

 Qafqaz Müsəlmanları İdarəsinə pul ayrıldı -  Sərəncam
  27 Dekabr 2018    Oxunub:3006
Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azvision.az


Teqlər: QMİ   Prezident  





Xəbər lenti