İstirahət gününə olan hava proqnozu

  30 Dekabr 2018    Oxunub : 1765
İstirahət gününə olan hava proqnozu
Ölkə ərazisində dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-10° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti, yüksək dağlıq ərazilərdə gecə 12-17°, gündüz 0-5 ° şaxta olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Respublikanın bölgələrində şərq küləyi əsəcək.

Azvision.az

Teqlər: Hava