Şaxta baba və Qar qızın metro sərgüzəştləri - FOTO

  31 Dekabr 2018    Oxunub : 1303
Şaxta baba və Qar qızın metro sərgüzəştləri - FOTO
“Bakı Metropoliteni” QSC-nin üç gün davam edən Şaxta baba və Qar qızlı bayram ovqatlı layihəsinin üçüncü günü də zəngin və maraqlı proqramla davam edib.
Azvision.az xəbər verir ki, Yeni ilin rəmzi qəhrəmanları “Nərimanov” elektrik deposundan yol alaraq “Nərimanov” stansiyasından sərnişinləri qarşılamağa başlayıblar.

Şaxta baba şeir, nəğmə hədiyyəsini alaraq Qar qızla birlikdə xurcunundan uşaqlara Yeni il sovqatları paylayıb.

Retro vaqonda səsləndirilən Yeni il ovqatlı musiqi çələnginin sədaları altında bütün yol boyu mahnı, rəqs çələngi ilə uşaqlar ilin qəhrəmanları ilə əylənib, şənləniblər.

“Gələn görüşlərədək” deyərək Şaxta baba və Qar qız yeni macəralar, sərgüzəştlər ardınca yollanıblar.






Azvision.az

Teqlər: Metro