İran ordusunun Baş Qərargah rəisi Bakıya gələcək

İran ordusunun Baş Qərargah rəisi Bakıya gələcək
  15 Yanvar 2019    Oxunub:2352
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hoseyn Bageri Bakıya gələcək.
İranın Azərbaycandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, sabah baş tutacaq ikigünlük səfər çərçivəsində M.H.Bageri Prezident İlham Əliyev, Baş nazir Novruz Məmmədov və Milli Məclisin sədri Oktay Əsədovla görüşlər keçirəcəyi planlaşdırılıb.

Hərbi və sərhəd sferalarında əməkdaşlığın inkişafı, terrorla mübarizə və regionun inkişafı məsələləri müzakirə ediləcək. Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Azvision.az


Teqlər: İran   Bakı   MN   Ordu  





Xəbər lenti