Radikal dini cərəyanları təbliğ edən 96 sayt bağlanıb

 Radikal dini cərəyanları təbliğ edən 96 sayt bağlanıb
  16 Yanvar 2019    Oxunub:2640
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Azvision.az -ın məlumatına görə, agentliyin direktoru Vüqar Babayev bildirib ki, ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 876 adda 1335 ədəd dini təyinatlı ədəbiyyat daxil olub, aparılan araşdırmadan sonra 236 adda dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb.

Qeyd olunub ki, radikal dini cərəyanlara və zərərli təbliğat aparan dini qrup və şəxslərə məxsus olan 29 sosial şəbəkə linkinin, eləcə də 96 adda saytın siyahısı Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunub, onların fəaliyyətləri dayandırılıb.

Vurğulanıb ki, zəvvar qruplarının təşkili nəzarətdə saxlanılıb, ötən il Naxçıvan Muxtar Respublikasından 1656 nəfər xarici ölkələrdəki ziyarətgahlara səfər edib.

Azvision.az



Teqlər: Naxçıvan   Dini-qurum   Agentlik  





Xəbər lenti