Ana qızını xilas etmək üçün böyrəyini verdi

  18 Yanvar 2019    Oxunub : 2531
 Ana qızını xilas etmək üçün böyrəyini verdi
Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
Azvision.az xəbər verir ki, cərrahın sözlərinə görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub: “Klinikamızın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazıldılar.”

Azvision.az

Teqlər: Əməliyyat