AzTV-də nə baş verir? - “Kadr islahatları qaçılmazdır”

  23 Yanvar 2019    Oxunub : 2575
 AzTV-də nə baş verir? - “Kadr islahatları qaçılmazdır”
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra ciddi kadr islahatlarına başlanılıb.

Azvision.az -ın məlumatına görə, dövlət televiziyasının İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Azvision.az -a açıqlamasında kadr dəyişikiyinin bununla bitməyəcəyini deyib. O, tezliklə növbəti islahatların olacağını bildirib.

“Televiziyada islahatlar qaçılmazdır, daim dəyişikliklər olmaldır. Buna görə də kadr islahatlarına təəccüblənmək lazım deyil. Şahrza müəllimə gəldikdə isə, o, öz xoşu ilə televliyadan ayrılıb”, - deyə X.Qasımova qeyd edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: AzTV