Bakıda ağır cinayətlərin sayı 30,8% azalıb

  24 Yanvar 2019    Oxunub : 1357
 Bakıda ağır cinayətlərin sayı 30,8% azalıb
2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olmuş, qeydə alınıb cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub.
Azvision.az -ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib. O qeyd edib ki, 2018-ci ildə qeydə alınan 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olmuşdur), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib.

Hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox olub, onlardan 8-i, qeydə alınan ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

Azvision.az

Teqlər: Bakı   Prokurorluq