Bu il 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək

Bu il 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək
  30 Yanvar 2019    Oxunub:1639
"Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Ölkə başçısı vurğulayıb ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə".

Prezident qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur: "Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti