“İstənilən şəxs özəl pensiya sistemi yarada bilər” - Sahil Babayev

 “İstənilən şəxs özəl pensiya sistemi yarada bilər” -    Sahil Babayev
  18 Fevral 2019    Oxunub:5141
"Özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qaunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər"

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya və mənfəətlik tərəfi olmalıdır.

"Bu, birbaşa məşğulluq bazarına, əhalinin gəlirlərinə, əməkhaqlarına, onların üzərində aparılan araşdırmalara bağlıdır. Bu gün Azərbaycanda həyat sığortası fəaliyyət göstərir. Bu, özəl pensiya sisteminin ilk pilləsidir. Onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözləntilərdən biri ola bilər"

S.Babayev, həmçinin vurğulayıb ki, həyat sığortasından istifadə edən şəxslər qısa müddətdə böyük güzəştlər əldə edirlər: "Birmənalı olaraq nəzərə almaq lazımdır ki, özəl pensiya sistemi pensiya sisteminin inkişafının dördüncü pilləsini təşkil edir. İlk pillə baza pilləsidir. Sonra sığorta, yığım pilləsi, daha sonra könüllülük pilləsi gəlir. Bu gün Azərbaycanda sığorta pilləsi geniş ,yığım pilləsi isə yeni tətbiq olunur. Bunun üçün könüllü pensiya sistemi pilləsi üçün kifayət qədər vaxta ehtiyac var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti