KTN-nin nümayəndələri CAR-a gedib

KTN-nin nümayəndələri CAR-a gedib
  18 Fevral 2019    Oxunub:1878
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında səfərdədir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.

Azvision.az


Teqlər: KTN   CAR  





Xəbər lenti