İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
  18 Fevral 2019    Oxunub:2375
Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır.
Bu haqda Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb. Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.

Məlumatda bildirilir ki, sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən “Twin-Continent-1520” adlı yeni innovativ layihə ilə tanış olacaqlar.

Səfər çərçivəsində Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası da keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında üzv ölkələrin nümayəndələrinə məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət, Qrupun 2019-cu ildə təşkil edəcəyi Beynəlxalq İpək Yolu Konfranslarına hazırlıq və digər məsələlər müzakirə olunacaqdır.

Azvision.az


Teqlər: İtaliya   ATƏT-PA  





Xəbər lenti