Ağdərədə qarın hündürlüyü 19 sm-ə çatıb - Faktiki hava
Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub. Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.
Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-da 0-3 dərəcə şaxta təşkil edib.
Azvision.az