Meriyanın qar təmizləyən maşınları Bakı küçələrində - FOTO

  19 Fevral 2019    Oxunub : 4181
 Meriyanın qar təmizləyən maşınları Bakı küçələrində - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin 50-yə yaxın texnikası mərkəzi küçələrin istənilən vaxt qar və buzdan təmizlənməsi məqsədilə hazır vəziyyətə gətirilib.

Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şaxtalı hava ilə əlaqədar 24 saatlıq növbətçilik rejimi tətbiq olunub. Maşınlara duz yüklənilib və şəhərdaxili küçələrdə gözlədilir. Yollarda buzlanma müşahidə olunarsa, vaxt itirmədən işlərə başlanılacaq.

Eyni zamanda, şəhərin bütün təsərrüfat xidmətləri xüsusi rejimdə işləyirlər. Rayon icra hakimiyyətlərinin də texnikası və işçi qüvvəsi hazır vəziyyətdədir.

Qeyd edək ki, paytaxtın mərkəzi küçələri Bakı Şəhər İcra Hakimiyyəti, Bakı ətrafı yollar və əsas prospektlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qardan və buzdan təmizlənməlidir.




Elvin Abdulqədirov
AzVision.az

Teqlər: BŞİH   Yol   Qar   Buzlanma