“80 manatdan da az pensiya alan var idi” - Hadi Rəcəbli

   “80 manatdan da az pensiya alan var idi” -    Hadi Rəcəbli
  19 Fevral 2019    Oxunub:2867
“Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxaracaq”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: “Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38.5 faiz civarında artır. Bunun üçün 41 milyon manat vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq”

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Hadı-Rəcəbli  





Xəbər lenti