Dövlət Agentliyi: Yollarda heç bir problem yoxdur

  19 Fevral 2019    Oxunub : 921
 Dövlət Agentliyi: Yollarda heç bir problem yoxdur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin avtomobil yollarındakı son vəziyyəti açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu gün saat 14:00-a olan məlumata əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, QubaQusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəif qar yağır.

Havanın temperaturu müsbət 2-4 arasında müşahidə olunur, hərəkət təmin olunur. Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

Giləzi-Xızı yolunda zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənib, qum-duz səpilib. Dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı-Qobustan avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı avtomobil yolunda qar yağır, şaxta yoxdur, yol qardan təmizlənib, qum-duz səpilib və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

Muğanlı-Ağsu-Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt- Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı-İsmayıllı avtomobil yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Oğuz-Qəbələ-Şəki younda qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda da yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır .

Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağış yagır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı-Yardımlı-Masallı rayonuna yağış yagır. Yardımlı rayonuna qar yağır, şaxta yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran-Lerik-Lənkəran rayonuna yağış yagır. Lerik rayonuna qar yağır, şaxta yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Azvision.az

Teqlər: AAYDA   Yol