Məmmədyarov türkiyəli deputatlarla görüşüb

  19 Fevral 2019    Oxunub : 613
Məmmədyarov türkiyəli deputatlarla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz növbəsində, parlamentlərarası dostluq qruplarının töhfə verəcəklərini söyləyən Türkiyə millət vəkili, bu xüsusda dostluq qrupları arasında səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

E.Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdşlığın önəmini bildirib.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov