Erməni KİV-lərinin növbəti yalanı - DSX cavab verdi

  20 Fevral 2019    Oxunub : 1231
 Erməni KİV-lərinin növbəti yalanı - DSX cavab verdi
Axşam saatlarından etibarən erməni KİV-ləri və sosial şəbəkələrdə əsassız olaraq Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində yerləşən mövqelərimizdə yanğınların baş verdiyini iddia edilir.
Bu barədə Ermənistanın Tavuş vilayətinin Koti kənd sakini Vahan Azibekyan öz "Facebook" səhifəsində yazıb. O, Koti kəndindən çəkilmiş şəkillərə əsasən, mövqelərimizdə yanğın baş verdiyinin müşahidə edildiyini yazıb.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Ordu.az-a verilən məlumata görə, düşmənin yaydığı informasiya həqiqəti əks etdirmir və mövqelərimizdə heç bir yanğın baş verməyib. Baş verən yanğınlar düşmən tərəfindən daha öncədən müəyyən ərazidə başladılıb, yanğınlar ərazilərimizə doğru irəliləsə də, sonradan küləyin istiqamətini dəyişməsi nəticəsində əks tərəfə yönəlib.

Azvision.az

Teqlər: DSX