Naxçıvanda 15 minə yaxın sərnişin qatarla daşınıb

Naxçıvanda 15 minə yaxın sərnişin qatarla daşınıb
  20 Fevral 2019    Oxunub:1470
Muxtar respublikada dəmir yolu nəqliyyatında yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi yüksəldilir.
Azvision.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilib.

Qeyd olunub ki, yanvar ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 400 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 703 sərnişin daşınıb.

Azvision.az




Teqlər: Naxçıvan   Dəmiryolu   Sərnişin  





Xəbər lenti