Mübariz Qurbanlı qəbul keçirəcək

Mübariz Qurbanlı qəbul keçirəcək
  22 Fevral 2019    Oxunub:2074
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 27-də Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

(DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov. Mob: (070) 220-00-20, telefon: (021) 215 21 30, e-mail: [email protected] , [email protected] , [email protected] ).

Azvision.az


Teqlər: Mübariz-Qurbanlı   Qəbul  





Xəbər lenti