Qazaxıstan telekanalı Bakı Limanından reportaj hazırlayıb

Qazaxıstan telekanalı Bakı Limanından reportaj hazırlayıb
  25 Fevral 2019    Oxunub:1832
Qazaxıstanın ilk milli peyk telekanalı və ölkənin ən böyük media holdinqi olan “Khazakh TV”nin “Visa Free” proqramının çəkiliş qrupu Azərbaycanda olub. Proqramda Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına xüsusi yer ayrılıb.
Bu barədə Azvision.az -a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov Qazaxıstanla Azərbaycan arasında olan ticari münasibətlərdən söhbət açaraq deyib: “Kurik limanı vasitəsilə artıq 1 milyonadək yük aşırılıb ki, bu da qısa müddət öncə fəaliyyətə başlayan liman üçün böyük göstəricidir. Mən güman edirəm ki, yaxın 5 ildə məhz bu dəhlizin effektiv və rahat istifadəsi nəticəsində qarşıya qoyduğumuz məqsədlərə daha rahat çata biləcəyik”.

Azvision.az



Teqlər: Bakı   Limanı   Qazaxıstan   Reportaj  





Xəbər lenti