Sumqayıtda qəzaya düşən 11 nəfər hələ də xəstəxanadadır
Bu barədə Azvision.az -a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov məlumat verib. Baş həkim bildirib ki, xəstələrdən 3-ü əməliyyat olunub.
Qeyd edək ki, fevralın 21-də Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Sumqayıt Xəstəxana Qəza