Xocalı soyqırımının 27 ili - FOTOREPORTAJ

Xocalı soyqırımının 27 ili -  FOTOREPORTAJ
  26 Fevral 2019    Oxunub:5299
Xocalı soyqırımının 27 ili tamam olur. Bu münasibətlə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Anım mərasimində ölkə rəhbərliyi, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfensiyaların başçıları, habelə qırğından xilas olmuş Xocalı sakinləri iştirak ediblər. Xocalı abidəsinin önünə gül dəstələri qoyulub, soyqırım qurbanlarının xatirəsi yad edilib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azvision.az -ın anım mərasimindən hazırladığı fotoreportajı təqdim edirik:

























































Foto:Şahin Sərdarov
Azvision.az


Teqlər: Xocalı   Soyqırım  





Xəbər lenti