Misirli deputatlar Xocalı ilə bağlı bəyanat yayıblar

Misirli deputatlar Xocalı ilə bağlı bəyanat yayıblar
  26 Fevral 2019    Oxunub:2759
Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsi tək Azərbaycanda deyil, sərhədlərimizdən uzaqlarda da anılır, xarici ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimləri də Azərbaycan xalqının acısını bölüşürlər.
AMEA-nın Şərqşünaslıq İnstitutundan Azvision.az -a verilən məlumata görə, Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri, professor Usəma əl-Abd qrup üzvlərinin adından Xocalı soyqırımı ilə bağlı bəyanat imzalanıb. Bəyanat Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevaya göndərilib.

Bəyanatda deyilir: “Biz 1992-ci il fevralın 26-sı gününün ağrısı-acısını sizinlə bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk. Ümid edirik ki, sizin problem beynəlxalq qanunun qayda və prinsiplərinə və BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini tapacaq”.



Azvision.az


Teqlər: Misir   Xocalı  





Xəbər lenti