Məmmədyarov indoneziyalı həmkarı ilə görüşdü

Məmmədyarov indoneziyalı həmkarı ilə görüşdü
  26 Fevral 2019    Oxunub:1318
Cenevrəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda, tərəflər beynəlxalq təşkilatlar, xüsusən də BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti