“Xocalıya Ədalət” kampaniyasına dəstək aksiyasına start verilib

“Xocalıya Ədalət” kampaniyasına dəstək aksiyasına start verilib
  26 Fevral 2019    Oxunub:1808
Gənclər və İdman Nazirliyi “Xocalıya Ədalət” kampaniyasına dəstək adlı yeni aksiyaya start verib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, sosial media üzərindən aparılan aksiyanın məqsədi soyqırımı faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolu ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərə dəstək verməkdir. Bu məqsədlə nazirlik gənclər təşkilatlarını və gəncləri aksiyada fəal iştirak etməyə çağırıb. Gənclərin bu işdə fəal olmalarının və təlimata uyğun hərəkət etmələrinin, onların “Facebook” və “Twitter” səhifələrindəki sosial media hesablarında kütləvi paylaşımlar etmələrinin vacibliyi qeyd edilib. Həmçinin paylaşımlar zamanı #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur.

Layihənin icrası ilə bağlı poster və infoqrafikalar hazırlanıb, həştəqlərdən istifadə qaydası, paylaşımlar üçün foto, video, eləcə də Azərbaycan, ingilis, rus, fransız və ispan dillərində tvit bazası yaradılıb.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti