120 köçkün ailəsi yeni mənzilə təmin olunacaq

120 köçkün ailəsi yeni mənzilə təmin olunacaq
  26 Fevral 2019    Oxunub:1932
Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.
Bu barədə Azvision.az -a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri iştirak edəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti