Ombudsman xəstələrlə bağlı nazirliyə müraciət edib

 Ombudsman xəstələrlə bağlı nazirliyə müraciət edib
  26 Fevral 2019    Oxunub:1938
Ruhi xəstələrin hüquqlarının təmin edilməsi vəziyyətini diqqətdə saxlayan Müvəkkil və Milli Preventiv Qrup Azərbaycanın psixiatriya müəssisələrinə baş çəkib rəftar, saxlanılma şəraiti, qidalanma və tibbi yardımın vəziyyəti, yerləşdirilməsi və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılıb.
Bu barədə məlumat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, həmin müəssisələrdə müayinə və müalicə prosesi öyrənilib, aşkar olunan nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib.

Qeyd olunub ki, nəticə olaraq beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər göndərilib.

Azvision.az



Teqlər:





Xəbər lenti