Xocalı soyqırımı ədliyyə orqanlarında yad edilib

Xocalı soyqırımı ədliyyə orqanlarında yad edilib
  26 Fevral 2019    Oxunub:1329
Xocalı soyqırımının 27-ci ildönümü ədliyyə orqanlarında yad edilib.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirlik və struktur qurumlarda keçirilmiş anım tədbirlərində Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, bu qanlı hadisəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.

Yığıncaqlarda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilib.

Nazirlikdə Xocalı soyqırımından bəhs edən müxtəlif dillərdə çap olunmuş nəşrlər, habelə kinozalda filmlər, foto və video materiallardan ibarət slaydlar nümayiş etdirilib, Ədliyyə Akademiyasında "Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri" mövzusunda dəyirmi masa keçirilib.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti