Monteneqro prezidenti Azərbaycana səfər edəcək

   Monteneqro prezidenti Azərbaycana səfər edəcək
  27 Fevral 2019    Oxunub:1994
Monteneqro Respublikasının Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etməkdir.
Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro prezidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq.

Azvision.az


Teqlər: Prezident   Monteneqro  





Xəbər lenti