31 cinayətin üstü “isti izlər”lə açıldı

 31 cinayətin üstü “isti izlər”lə açıldı
  27 Fevral 2019    Oxunub:1421
Fevral ayının 26-dən 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Azvision.az







Teqlər: DİN   Narkotik  





Xəbər lenti