İtkin düşən 5 yaşlı uşaq tapıldı

 İtkin düşən 5 yaşlı uşaq tapıldı
  27 Fevral 2019    Oxunub:1511
DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Azvision.az


Teqlər: Axtarış   DİN  





Xəbər lenti