XİN xarici diplomatları Ağdam və Naftalana apardı

XİN xarici diplomatları Ağdam və Naftalana apardı
  27 Fevral 2019    Oxunub:1735
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin ölkəmizin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ikigünlük səfər zamanı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “”Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti