Gəncədə erməni diversanta hökm oxundu - 20 il həbs

  27 Fevral 2019    Oxunub : 1735
 Gəncədə erməni diversanta hökm oxundu - 20 il həbs
Azərbaycanda terror aktı törətməyə cəhddə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryana hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Kazaryanın 20 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarılıb. Məhkəmənin hökmü ilə Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinib.

2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü – 1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.

Azvision.az

Teqlər: Diversant