Gürcüstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Gürcüstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
  27 Fevral 2019    Oxunub:1615
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, Gürcüstan dövlətinin başçısı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Azvision.az


Teqlər: Gürcüstan   Prezident  





Xəbər lenti