Sərhəddə 17 kq-dan çox narkotik aşkarlandı - FOTO

 Sərhəddə 17 kq-dan çox narkotik aşkarlandı -  FOTO
  28 Fevral 2019    Oxunub:1957
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik va­si­tələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mü­­barizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, 26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.



Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr “heroin” və 4 kq 290 qr “marixuana” aşkar olunaraq götürül­üb.



26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağla­malara baxış zamanı 7 kq 900 qr “tiryək”, 1 kq 20 qr “heroin”, 3000 həb “metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti