Ukrayna telekanalı Xocalı ilə bağlı süjet yayımlayıb - VİDEO
Sujetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Ukraynalı jurnalist vurğulayıb ki, Xocalıda azərbaycanlılara qarşı törədilən kütləvi qırğına görə, hər ilin fevralın 26-sı Xocalı soyqırımı kimi qeyd olunur. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.
Azvision.az