Azvision.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.
Qeyd edək ki, bu ilin ilk ayında Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
Azvision.az