Xalq artisti Prezidenti evinə qonaq dəvət etdi

Xalq artisti Prezidenti evinə qonaq dəvət etdi
  02 Mart 2019    Oxunub:8154
"Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, aiz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var".
Azvision.az xəbər verir ki, bunu Xalq artisti Xuraman Qasımova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib. Xalq artisti ölkə başçısı evinə qonaq dəvət edib.

"Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var"-, deyə Xalq artisti vurğulayıb.

Dövlət başçısı Xuraman xanımın dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.

Azvision.az


Teqlər: Xuraman-Qasımova  





Xəbər lenti