Prezident: “Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır” - VİDEO

 Prezident:  “Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır” -  VİDEO
  02 Mart 2019    Oxunub:6176
"Zeynəb xanım xalqımızın sevimli insanıdır, böyük şəxsiyyətdir, böyük sənətkardır, böyük ictimai xadimdir. Azərbaycanda elə adam tapılmaz ki, Zeynəb xanımı sevməsin".

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.
"Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır. Xatırlayıram ki, atamın ən ağır günlərində, - o vaxt ki, o, vəzifədən çıxmışdı, pensiyada idi, səhhətində problemlər var idi, müəyyən mənada təcrid vəziyyətində idi, - Zeynəb xanım bizim evimizə baş çəkdi, onda mən də orada idim, ona mənəvi dayaq oldu. O vaxt atam üçün bu, xüsusi əhəmiyyət daşıyırdı. Əlbəttə, Zeynəb xanım da başa düşürdü ki, o vaxt Heydər Əliyev sovet məkanında arzuolunmaz şəxs kimi qəbul olunurdu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi də ədalətsizliyə yol vermişdi. Zeynəb xanımın bu cəsarətli və vicdanlı addımları həmişə bizim ürəyimizdədir, bizim xatirəmizdədir"-, deyə dövlət başçısı vurğulayıb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti