“Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilib - Fotolar
02 Mart 2019 Oxunub : 2780
Mənəvi Dəyərlərin Təbliği Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, universitet tələbələri arasında xeyriyyəçilik ənənələrinin təbliği məqsədi daşıyan layihə çərçivəsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı sosial eksperiment təşkil olunub. Layihə universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb.